Aprelin 24-də Bolqarıstanda Beynəlxalq Enerji Sammiti açılır.
Sofiya şəhərində keçirilən konfransda 28 dövlətin nümayəndəsinin iştirakı gözlənilir. O cümlədən, Cənub-Şərqi Avropa, Qara dəniz və Xəzər regionu, Avropa Birliyi dövlətləri, Rusiya və ABŞ-ın.
Rusiya baş naziri Valdimir Putinin də foruma qatılması planlaşdırılsa da, o Sofiyaya getməyəcək. Səbəb Rusiya ilə Bolqarıstan arasında alternativ «Cənub Axın» və «Nabukko» layihəsi ilə bağlı fikir ayrılığıdır.