Həmsədrlər Elmar Məmmədyarovla görüşüb

Həmsədrlər Xarici İşlər Nazirliyində məsləhətləşmələr aparıblar
Aprelin 24-də ATƏT-in Minsk qrupunun ABŞ, Fransa və Rusiyadan olan həmsədrləri Bakıda Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşüb.

Xəbəri «Azadlıq» radiosuna Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov verib.

Elxan Poluxovun sözlərinə görə, tərəflər Qarabağ münaqişəsinin nizamlanması üzrə bir sıra məsələlər üzrə məsləhətləşmələr aparıblar. Həmsədrlərin prezident İlham Əliyevlə də görüşü planlaşdırılır.

ATƏT-in Minsk qrupunun həmsədrləri Metyu Brayza (ABŞ), Bernar Fasye (Fransa), Yuri Merzlyakov (Rusiya) Bakıdan əvvəl Yerevan və Xankəndində olublar. Aprelin 25-də həmsədrlərin Bakıdan Yerevana gedəcəyi gözlənilir.