Əşrəf Mehdiyev vəfat edib

Əşrəf Mehdiyev aprelin 24-də Sumqayıtda ailə qəbiristanlığında dəfn edilib

Azərbaycan Repressiya Qurbanları Assosiasiyasının rəhbəri Əşrəf Mehdiyev aprelin 24-də vəfat edib.

Fəlsəfə elmləri doktoru, professor Əşrəf Mehdiyev 1934-cü ildə Cəbrayıl rayonunda anadan olub.

O uzun illər Azərbaycan Texniki Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.

1998-ci ildə keçirilən prezident seçkilərində iştirak edib.

Əşrəf Mehdiyev aprelin 24-də Sumqayıtda ailə qəbiristanlığında dəfn edilib.