Kremlin mətbuat xidmətinin məlumatına görə, president Dmitri Medvedev Rusiyanın hərbi kəşfiyyat xidmətinin rəhbərini vəzifəsindən azad edib. İnterfaks informasiya agentliyinin məlumatına görə, Valentin Korabelnikov silahlı qüvvələrin sıralarından da kənarlaşdırılıb. Səbəblər barədə hər hans məlumat verilməyib. Mətbuat xidmətinin məlumatına görə, president Korabelnikovun vəzifəsinin icrasını müvəqqəti olaraq Aleksandr Şlyakturova tapşırıb.