MSK prezidentliyə namizədlərin qeydiyyatına başlayır

Əfqanıstanın Mərkəzi Seçki Komissiyası prezidentliyə namizədlərin qeydiyyatına başlayıb.

Əfqanıstanda prezident seçkiləri bu ilin avqust ayında keçiriləcək.

Hazırkı prezident Həmid Kərzayinin yenidən öz namizədliyini irəli sürəcəyi gözlənilir.

Kərzayinin əsas rəqiblərinin sabiq XİN Əşrəf Qani və Ənvər ul-Haq Ahadi və Nənqarhaq vilayətinin rəhbəri Gul Ağa Şerazi olacağı ehtimal olunur.