ABŞ-la Suriyanın yaxınlaşması heç vaxt Livana ziyan vurmayacaq.
Bunu ABŞ dövlət katibi Hillari Klinton deyib.
Hillari Klinton bu gün Beyrutda Livan prezidenti Mişel Süleymanla görüşdükdən sonra bu yaxınlarda Beyrutla Dəməşq arasında diplomatik münasibətlərin yaradılmasından məmnun olduğunu deyib.
O həmçinin xaricdən müdaxilə olmadan Livanda azad və ədalətli seçkilər keçirməyə çağırıb, qeyd edib ki, Vaşinqton Livandakı mötədil qüvvələri müdafiə edəcək.
İyunun 7-də Livanda növbəti parlament seçkiləri keçirilməlidir.
Şərhçilər hesab edir ki, radikal Hizbullah qrupu seçkilərdə qələbə çala bilər.
Suriya Hizbullah və onun tərəfdarlarını müdafiə edir.
Hillari Klintonun səfər zamanı 2005-ci ildə qətlə yetirilmiş keçmiş baş nazir Radfiq Həririnin məzarına da baş çəkəcəyi gözlənilir.