Azərbaycandan alınan qazın qiymətinin artması xəbəri doğru deyil

ANS PRESS-in məlumatına görə bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Hilmi Gülər Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.

Nazir deyib ki, iki gündür ki, azərbaycan tərəfilə danışıqlar aparılır, müqaviləmiz var və bundan kənara çıxmaq mümkün deyil.

Həmçinin Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bundan əvvəl bildirmişdi ki, qazın qiymətinin qaldırılmasından söhbət getmir, sadəcə olaraq müqaviləyə görə qiymət dəyişə bilər.

Bu da danışıqların nəticəsindən aslı olacaq.