İraqın baş naziri yaraqlı liderinin həbsini təsdiqlədi

İraqın baş naziri Nuri əl Maliki Əbu Ömər əl Bağdadinin həbs olunmasını təsdiqləyib. Baş nazir aprelin 26-ı bildirmişdi ki, həbs faktlara əsaslanır və əl-Bağdadini yaxından tanıyan insanlar da bunu təsdiq ediblər. İraqın dövlət televiziyası yaraqlı liderinin aprelin 23-ü həbs edildiyini deyirlər, İraq hakimiyyəti və ABŞ hərbiçiləri isə bunu hələ təsdiqləməyiblər.

Əgər İraq İslam dövləti adlanan qrupun rəhbərinin həbsi doğru olsa bunun yaraqlılara zərbə olacağı deyilir.