N.Süleymanov deyir ki, hadisə yerində çoxlu polis olduğundan o, müsahibə götürmək üçün Yasamal rayon Polis İdarəsinin rəisi Möhübbət Hüseynova yaxınlaşıb:
- O, bundan imtina etdi. Bir də gördüm ki, operatorun əlindən videokameranı almaq istəyirlər. Buna qarşı çıxdıq. Polislər bizi yumruq və təpiklə vurdu.
İnsident zamanı videokamera zədələnib, jurnalist kasetin qaytarılmadığını deyir.
Aprelin 27-də ANS-çilər Yasamal rayon Polis İdarəsinə çağırılıb və Daxili İşlər Nazirliyinin əməkdaşı onlardan izahat alıb.
DİN-in mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə deyir ki, hadisə ilə bağlı araşdırma aparılır. Cinayət işinin açılıb-açılmaması isə təhqiqatın nəticəsindən asılı olacaq.