Azərbaycan Türkiyəyə satdığı qazın qiymətinə yenidən baxmaq istəyir. Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bu haqda ötən şənbə açıqlama verib. Onun fikrincə, Türkiyəyə satış müqaviləsinin şərtlərinə uyğun olaraq bu il aprelin 15-dən sonra qazın qiymətinə yenidən baxılması hüququ yaranıb. Artıq qazın satış qiymətinə yenidən baxılması ilə bağlı danışıqlar aparılır. Cənab Abdullayev deyir ki, qiymətin artıb-azalacağı danışıqların gedişindən asılı olacaq.
Türkiyə rəsmilərisə bəyan ediblər ki, müqaviləyə görə, Azərbaycan istəsə də, qiymətlərə yenidən baxa bilməz.
Bəs danışıqlar həqiqətən də başlayıbmı və Türkiyənin bu mövqeyinə Bakı nə cavab verəcək?
Azərbaycan Dövlət Neft Şirkəti mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev deyir ki, bütün bunlar danışıqların predmetidir:
«Şirkət prezidentinin şənbə günü açıqlamasından sonra hər hansı dəyişiklik yoxdur. Hər hansı irəliləyiş olarsa, bütün məlumatlar qurumun saytında yerləşdiriləcək».
Qazın qiymətinə yenidən baxılması və üstəlik ötən şənbə günü günorta namazından sonra Bakıdakı «Türk came»sinin təmirə bağlanması Türkiyə mətbuatında müxtəlif cür dəyərləndirilir. Hətta Bakının Türkiyəyə qarşı cavab mexanizmlərini işə saldığını, iki ölkə arasında münasibətlərin gərginləşdiyini deyənlər də var. Amma Bakı başqa cavab verir:
«Ankara ilə Bakı arasındakı münasibətləri gərgin adlandırmaq olmaz. Azərbaycanla Türkiyə dost və müttəfiq ölkələrdir. Və əlaqələr də eyni qaydada, adi iş qaydasında davam etdirilir».
Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmisi Elxan Poluxov iki ölkə arasındakı münasibəti şərh edərkən belə deyib. Onun fikrincə, məsciddəki təmir işlərinə və qaz məsələsinə siyasi rəng vermək düzgün olmazdı.
Avrasiya Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Sinan Oqan «Azadlıq» radiosuna danışarkən son günlər baş verənləri «pis təsadüf» adlandırıb. Politoloqun sözlərinə görə, o inanmaq istəmir ki, Azərbaycan bu şəkildə öz «kozırların»dan yararlansın.
Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə bütün bunları təsadüf saymır:
«Bu arıq Azərbaycanın hakimiyyət dairələri tərəfindən Türkiyəyə ciddi təzyiq və Azərbaycan-Türkiyə münasibətlərini heçə endirmək cəhdidir. Bu da bir ayın, on günün işi deyil. 2004-cü ildən başlanan sistemli fəaliyyətin davamı və bəlkə də mən deyərdim ki, güclü dalğasıdır».
Ərəstun Oruclunun sözlərinə görə, 2004-cü ildən Türkiyə ilə münasibətlərə korrektələr edilir:
«Türkiyə hərbi qüvvələrinin Azərbaycan ordusundakı təmsilçiləri, eləcə də hərbi məktəblərdəki mütəxəssislər ölkədən uzaqlaşdırıldı. Eləcə də Türkiyə biznesmenlərinə təzyiqlər oldu. Bu addımın davamı kimi Teleradio Şurasının qərarı ilə az qala rəsmi formada türk dili xarici dil elan olundu. Və nəticə də göz qabağındadır. Ermənistan Türkiyə münasibətlərinin inkişafı sadəcə bəhanədir».
Ərəstun Orucluya görə, məqsəd Ankaranın Cənubi Qafqazda rolunun artmasına əngəl olmaqdır. Üstəlik bu işdə Rusiyanın təsiri göz qabağındadır. Elə qaz və məscid məsələsi də məhz İlham Əliyevin Moskva səfərindən sonra ortaya çıxdı.
Sinan Oqan isə deyir ki, Azərbaycan rəhbərliyi son bir neçə ayda Rusiyaya səfər etsə də, Türkiyədə olmayıb. Danışıq olmayan yerdə yanlış anlaşmaların olması da təbiidir. Özü də gündəmdə belə ciddi mövzular olduğu vaxtda:
«Bu qədər həssas mövzu gündəmdədir. Ermənistanla Türkiyə sərhədinin açılması və ya Dağlıq Qarabağ danışıqları davam etdiyi vaxtda Türkiyə və Azərbaycan rəsmiləri qarşılıqlı səfərlər etməliydilər. Bunlar olmadığı üçün yanlış anlaşmalar olur. Əminəm ki, baş nazir Ərdoğan qısa zamanda Bakıya gələcək və bütün problemlər həll ediləcək».
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri gözlənir. O səfəri ərəfəsində deyib ki, bir çox fitnə ünsürləri yalan-yanlış sözlərlə ortalığı qarışdırmaq istəyirlər. Üstəlik Azərbaycan hakimiyyətinə mesaj da göndərib: «Əgər yuxarı səviyyədəkilər bu oyunlara uysalar, biz buna üzülərik».