Somali sahillərində 29 dəniz qulduru yaxalandı

Rusiyaya məxsus hərbi gəmi Somalinin şərq sahillərində dəniz quldurlarına məxsus gəmini saxlayıb. Gəmiyə baxış zamanı xeyli sayda hərbi sursat, əsəsən də Kalaşnikov avtomatı aşkar olunub. Dəniz quldurluğunda şübhəli bilinən 29 nəfər həbs olunub.

Rusiyanın Müdafiə nazirliyi güman edir ki, Liberiya bayrağı altında üzən məhz elə bu gəmi iki dəfə Rusiya tankerini ələ keçirməyə çalışıb.

«AZADLIQ» RADİOSU İNDİ DƏ TELEVİZORUNUZDA. ƏTRAFLI MƏLUMAT ÜÇÜN BURA DAXİL OL.