«Qardaşlıq budursa, düşmənlik nədir?»

«Azərbaycanın dövlət başçısı, Türkiyəyə arxa çevirməyə çoxdan və Moskvada, Moskvayla birlikdə qərar verdi»

Türkiyənin Ermənistanla əlaqələri normalaşdırmağa çalışması Azərbaycanın birmənalı etirazına yol açdı və demokratiyanı həzm eləyə bilməyən adam kimi tanınan İlham Əliyev əlindəki kartından çox tez istifadə etdi. Təbii qazın qiymətini artırmaq və türk məscidində ibadətə son qoymaq.
Yaxşı ki, Ermənistan dövləti də nə daha demokrat, nə daha diplomat, nə də daha ağıllı xadimlərdən ibarətdir, elə buna görə də qapı-baca işini asanlaşdırmır.
Asanlaşdırsa, bütün kozurlarını görüşlərinin başında istifadə edən Əliyev, görüşlərinin sonunda Türkiyəyə qarşı görəsən necə etiraz edər? Maraqlıdır. Dodağını büküb «Küsdüm!»mü deyər, görəsən?

***
İndilik belə bir təxminlər irəli sürə bilərik:

2009-cu ilin fevral ayından başlayaraq Ermənistanla münasibətləri normallaşdırmaq istəyən Türkiyəni Qarabağı unutmaqda ittiham edən İlham Əliyev, bu və ya digər ittihamlarını Türkiyə rəsmilərinin üzünə deməyib. Hər dəfə media vasitəçiliyi ilə çatdırdı, şübhələrini, qızğınlığını.

Ortaya atdığı iddiaların heç birini Türkiyə ilə bölüşməyən Əliyev, aprelin 5-də Bakıda topladığı Azərbaycan Təhlükəsizlik Şurasında önəmli strateji dəyişikliklərə gedəcəyini açıqladı. Aprelin 16-17-si isə Moskvada imzaladığı razılaşmalarda «yeni seçimini» - Rusiya ilə əlaqələrin güclənməsi və strateji əməkdaşlığı açıq şəkildə ortalığa qoydu.

İkinci Əliyev (Birinci Əliyev Heydər olub, atasıdır...) Avropanın Rusiyaya enerji asılılığını önəmli ölçüdə azaldacaq olan «Nabucco» layihəsinə qaz verməyəcəyini də ya hikmətdən, ya təsadüfdən, Bakıdan deyil, Moskvadayakən açıqlayıb!

Hadisənin Türkiyə baxımından qəribəliyi də elə belə başladı: ötən cümə axşamı prezident Gül, Azərbaycanın dövlət başçısı Əliyevə zəng vuraraq «Nabucco» layihəsini Sofiya toplantısında müzakirə etmək istədiyini bildirdi. Xəbər mətbuata çatar-çatmaz Türkiyə Böyük Millət Məclisində jurnalistlərlə söhbət edən baş nazir Ərdoğan «çayı görməmiş çırmanaraq», reallaşacağından əmin olduğu Gül-Əliyev görüşünün gedişatından asılı olaraq Bakıya gedə biləcəyini açıqladı.

Əliyev isə Sofiyadakı toplantıya heç gəlmədi də...

Türkiyənin Azərbaycanı əla almaq üçün İlham Əliyevə xoş davranışına baxmayaraq, Türkiyəyə yönəlik əvvəli – sonu məlum olmayan boş bir siyasət müşahidə edilirdi. Zatən Ermənistana qarşı işğal altındakı torpaqları azad etmək üçün olsa belə bu siyasətin gələcəyinin olmadığı əvvəlcədən aydın idi.

***

Azərbaycanın dövlət başçısı, Türkiyəyə arxa çevirməyə çoxdan və Moskvada, Moskvayla birlikdə qərar verdi.
Türkiyə, Əliyevin xoş tutmaqla yumşalacağını gözləyirsə, aldanır.

Yaxın zamana qədər Ermənistanı «Rusiyanın forpostu» kimi dəyərləndirən Əliyevin Rusiya ilə yaxınlaşması təəccüblü olmadığı qədər, belə bir yaxınlaşmadan sonra Türkiyə ilə isti əlaqələr davam etdiriləcəyini düşünmək də saflıqdır.

Ötən ay, daha dəqiq – martın 10-da Tehranda Xameneyi və Əhmədinejatla görüşən Azərbaycan dövlət başçısı, Ermənistana gözü kimi baxıb bəsləyən İranı ən yaxın dostu və müttəfiqi elan edə bildi...

Başqa sözlə, Ermənistanla əlaqələrini normallaşdırmağa girişən Türkiyəyə qarşı tutduğu mövqe, əlbəttə işğal altındakı Qarabağa yönəlmiş bir həssaslıqla açıqlana bilməz.

Bu səbəbdən də, Türkiyəni idarə edənlər, Əliyevin arxasından qaçmaqdansa durub, onun yürütdüyü siyasəti araşdırmalıdırlar. Hər şeydən öncə başında olduqları ölkənin etibarını, mənfəətini, gələcəyini, sonra da Əliyevin güclü lider olduğu xalqın gələcəyini düşünməlidirlər.

Azərbaycan türkləri bizim can qardaşlarımızdır. Diktaturadan və diktatorlardan çəkmədikləri qalmayıb. Onları Türkiyədən uzaqlaşdırıb bir daha keçmiş üsullarla idarə etmək istəyənlərlə eyni fikirdə deyillər.

Gözəl bilirəm, siz də əmin ola bilərsiniz.


«AZADLIQ» RADİOSU İNDİ DƏ TELEVİZORUNUZDA. ƏTRAFLI MƏLUMAT ÜÇÜN BURA DAXİL OL.