«Armenia Today» agentliyinin redaktoru güllələnib

Ermənistanın informasiya agentliklərindən birinin koordinatoruna sui-qəsd olub. «Armenia Today» agentliyinin koordinatoru olan Arqişt Kiviryana evinin yaxınlığında atəş açılıb. Daha sonra güllələnmiş redaktor xəstəxanaya yerləşdirilib.

Hələ ki, Ermənistanın hüquq mühafizə orqanları hadisəylə bağlı rəsmi şərh verməyiblər.