Türkiyə PKK bazalarına hava zərbələri endirib


Türkiyə Hava Qüvvələri aprelin 30-da PKK- Kürd Fəhlə Partiyasının bazalarına hava zərbələri endirib.

Hərbçilər əməliyyatları gecə saatlarında və səhər aparıblar.

İraqın şimalındakı bazalara edilən hücumdan əvvəl aprelin 29-daTürkiyənin cənub-şərqində partlayış olub, 9 türk hərbçisi ölüb.

Türkiyə İraqın Şimalında yerləşən PKK yaraqlılarına əvvəllər də bir neçə dəfə hava zərbələri endirib.