Elmar Məmmədyarovun ABŞ-a səfəri gözlənilir

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun may ayının əvvəli ABŞ-a səfəri gözlənilir. Bu haqda Azadlıq radiosuna ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Terri Devidson məlumat verib. Onun sözlərinə görə səfər çərçivəsində Elmar Məmmədyarovun ABŞ dövlət katibi Hillari Klintonla da görüşəcəyi nəzərdə tutulub.

O həmçinin bildirib ki, ATƏT-in Minsk qrupunun Amerikalı həmsədri Metyu Brayza Azərbaycana son səfəri zamanı ABŞ prezidenti Barak Obama və baş katib Hillari Klintonun Dağlıq Qarabağ probleminin həllinə yüksək maraq göstərdiyini bildirib. Ona görə də görüş zamanı əsas müzakirə mövzusunun Dağlıq Qarabağ olacağı güman edilir