Iranda gənc qadın edam edilib

Iranda 23 yaşlı Delara Darabi uşaq vaxtı cinayət törətmək ittihamı ilə edam olunub. Vəkili Abdulsamad Xurramşahi “Azadlıq” radiosunun fars xidmətinə bildirib ki, qadını Rəşt şəhərində həbsxanada edam ediblər.

Delara Darabi öz yaxınlarından birinin qətlində əlaqələli bilinərək 17 yaşındaykən həbs olunmuşdu.