Ərdoğanın səfəri qazın qiyməti ilə bağlı deyil

Hulusi Kılıç
«Azərbaycanın razılığı olmadan Türkiyə heç bir addım atmayacaq».
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç belə deyib. O, bildirib ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayana və işğal altındakı torpaqlar boşaldılmayana qədər Ermənistanla sərhədlər açılmayacaq.

H.Kılıç həmçinin deyib ki, Baş nazir Rəcəb Tayyib Ərdoğanın bu ay Bakıya planlaşdırılan səfəri qazın qiyməti ilə əlaqəli deyil.

«Bu məsələlər onsuz da müzakirə olunur. Müqaviləyə əsasən, müzakirələr mümkündür. Ancaq Baş nazirin səfəri onunla əlaqəli deyil».