Magistraturaya qəbul imtahanları keçirilir

Tələbələr binaya daxil olarkən mobil telefonlar da daxil olmaqla onların üzərində olan digər əşyalar götürülüb

Mayın 3-də ali məktəblərin magistratura pilləsinə qəbul imtahanlarının birinci mərhələsi keçirilir. 15 min 179 bakalavr Tələbə qəbulu üzrə dövlət komissiyasının qeydiyyatından keçib.

Qəbul imtahanları Bakıda 24, Naxçıvanda isə 1 binada keçirilir.

Qeyd edək ki, tələbələrin təhlükəsizliyini təmin etmək məqsədilə binalar güclü mühafizə olunur, əraziyə təcili tibbi yardım və yanğınsöndürən maşınlar gətirilib.

Tələbələr binaya daxil olarkən mobil telefonlar da daxil olmaqla onların üzərində olan digər əşyalar götürülüb.

Nəticələr isə gələn həftə ərzində tələbə qəbulu üzrə dövlət komissiyasının internet saytında yerləşdiriləcək. ANS