Albaniyada deputatı öldürüblər

Albaniyada müxalifətdə olan Sosialist partiyasından deputat Fatmir Xhindi öldürülüb.

Polisin məlumatına görə nəməlum silahlı adamlar Roskovets şəhərində deputatın evinə basqın edərək onu güllələyib, dərhal da maşınla uzaqlaşıblar.

Bu şəhər ölkə paytaxtı Tirananın 100 kilometrliyində yerləşir.