Hökuməti mətbuat konfransı keçirməyən yeganə ölkə

Qadın jurnalları da prezidentin şəkilləri ilə bəzədilir və ünvanına xoş sözlər yazırlar

Hətta tibb işçiləri üçün nəzərdə tutulmuş mətbu orqanı da və qadın jurnalları da prezidentin şəkilləri ilə bəzədilir və ünvanına xoş sözlər yazırlar
Yerli poçtalyon hər gün Aşqabadda yaşayam Arslanın evinə qəzetlər gətirir. Çünki ictimai sektor işçisi kimi Arslandan dövlət qəzetlərinə abunə yazılmaq tələb olunur. Qəzetlərin pulu da onun maaşından çıxır. Arslan isə gələn qəzetləri nadir hallarda vərəqləyir:

«Elə-belə baxıram, amma oxumuram. Onsuzda hamısı eyni şeydir. Hamısı prezidentdən yazır. Çox təsadüfi hallarda oxunmalı nəsə olur».

Doğrudan da Türkmənistanda qəzetdən tutmuş jurnala qədər çap mətbuatın əksəriyyəti üz səhifəni prezident Qurbanqulu Berdiməhəmmədovun görüşləri, nitqi və səfərlərinə həsr edirlər. bütün yazılar da prezidentin rəngli şəkilləri ilə bəzənir.

Türkmənistan regionda yeganə ölkədir ki, hökumət mətbuat konfransı keçirmir. Prezidentin görüşləri haqqında yazmaq üçün isə yalnızca seçilmiş jurnalistlər dəvət olunur



Hətta tibb işçiləri üçün nəzərdə tutulmuş mətbu orqanı da və qadın jurnalları da Berdiməhəmmədovun şəkilləri ilə bəzədilir və ünvanına xoş sözlər yazırlar. Prezidentin ünvanına hər hansı tənqid faktiki olaraq eşidilməz olub.

Bununla belə prezident Berdiməhəmmədovun son həftələrdə iki media orqanında icraçı vəzifəsi tutmuş şəxsləri işlərindən azad eləməsi senzura əlaməti kimi yox, məhz medianın daha da yaxşılaşdırılacağı kimi qiymətləndirildi.

«Altın əsr» televiziya kanalının rəhbəri Beqli Əliyevin azad fikirli jurnalistləri susdurduğu deyilirdi. Dövlətə məxsus «Türkmənistan» qəzetinin redaktoru Annamurad Poladov isə mərhum prezident Saparmurad Niyazovun əsas şəxsiyyətə pərəstişi təbliğ edən simalarından biri hesab olunur.

Uzun müddətdir ki, vəzifədə olan media menecerlərinin işdən azad edilməsindən sonra belə bir ümid yarandı ki, hökumətim mətbuata nəzarəti azalacaq. Berdiməhəmmədovun jurnalistlər xarici mətbuatdan öyrənməlidirlər deməsi də bu ümidi bir az da artırdı.

«Ölkəmizin mətbuat işçilərinin çox böyük məsuliyyəti var. Televiziya işçiləri, əsas qəzet və jurnalların redaktorları Cənubi Koreyada rəsmi səfərdə olmuş və xarici ölkələrdə medianın necə işlədiyi ilə tanış olmuşlar. Mən Nazirlər Kabinetindən Maysa Yazməhəmmədovadan xahiş edirəm ki, orada qəzet, televiziya və radioda gördüyü bütün lazımlı təcrübəni bölüşsün»-, Türkmənistan prezidenti Nazirlər Kabinetinin iclasından belə deyib.

Əvvəlki prezident Niyazov Türkmənistan Dövlət Universitetində jurnalistika fakültəsini bağlamış və demişdi ki, jurnalist yetişdirməyə ehtiyac yoxdur. Berdiməhəmmədov isə Aşqabad Beynəlxalq Əlaqələr Universitetində jurnalistika fakültəsi açdı. Onun ölkədə internet kafeləri açmağa izn verməsi də türkmənlər tərətəfindən alqışlandı, əsasən də gənclər arasında.

Lakin bununla belə Türkmənistanın azad mediada gedəcəyi yol bir xeyli uzundur. İslahatlar çox ləng aparılır, dəyişikliklər isə üzdən aparılır.

Ölkədə müstəqil media demək olar ki, yoxdur. «Zaman Türkmənistan» qəzetindən başqa bütün çap mediası dövlətə məxsusdur və orada dərc olunanlar ciddi şəkildə hökumətin nəzarətindədir.

Əcnəbi media üçün işləyən jurnalistlərin telefonu tez-tez şəbəkə xaricinə salınır, onlar və qohumları polis tərəfindən sorğu-suala tutulur. Prezident və hakimiyyətin tənqidinə icazə verilmir.

Siyasi mövzulara toxunaraq öz həddini aşan jurnalistlər ciddi təqibə məruz qalırlar. Xarici media üçün işləyən 2 jurnalist hazırda həbsdədirlər.

Türkmənistan parlamentinin üzvü Halmurad Soyun ölkə prezidentini həbsdə olan jurnalistləri azad etməyə və media azadlığına hörmət etməyə çağırıb.

Türkmənistan regionda yeganə ölkədir ki, hökumət mətbuat konfransı keçirmir. Prezidentin görüşləri haqqında yazmaq üçün isə yalnızca seçilmiş jurnalistlər dəvət olunur.