Pensiyaların baza hissəsi artırıla bilər

Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov

2009-cu ilin ikinci yarasında pensiyaların baza hissəsinin artırılması müzakirə oluna bilər. Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov mayın 4-də keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, pensiya bazasının artırılması inflyasiyadan asılıdır:

«Qanunda yazılıb ki, inflyasiya faizindən aşağı olmayaraq baza hissəsi artırılmalıdır. Ancaq o da göstərilib ki, ən azı ildə bir dəfə pensiya bazası artırılmalıdır. Güman edirəm ki, ilin ikinci yarısında bu məsələni müzakirə edəcəyik».

Azərbaycanda pensiyanın baza hissəsi 75 manatdır. Ölkədə 1 milyon 200 nəfərdən çox təqaüdçü var.