İraqın Baş naziri Parisdə sərmayə axtarır

İraqın Baş naziri Nuri əl-Maliki və bir neçə nazir mayın 4-də Parisdə Fransa rəsmiləri ilə görüşüblər.

Biznes nümayəndələri ilə də görüşdən sonra əl-Maliki şirkətləri İraqa sərmayə qoymağa çağırıb. Bir neçə gün əvvəl o, eyni müraciəti Londonda da etmişdi.