Türkiyə Azərbaycanla soyuyan münasibətlərin bərpasına çalışır

Türkiyənin yeni Xarici İşlər naziri Ahmet Davutoğlu bu gün Azərbaycanın Xarici İşlər nazirinin müavini Araz Əzimovla görüşərək son vaxtlar Ankara ilə Bakı arasında soyuyan münasibətləri müzakirə edib.

Xarici agentliklərin məlumatına görə müzakirə mövzusu əsasən Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasına dair imzalanan “Yol xəritəsi” olub.

Azərbaycan Ankara ilə Yerevan arasında sərhədlərin açıla biləcyi barədə məlumatlardan narahatdır. Bakıda hesab edirlər ki, bu sərhəd 1993-cü ildə Azərbaycan torpaqlarının işğalına görə başlanıb, işğala son verilməsi prosesində də açıla bilər.

Türkiyədə CNN Türk televiziyasının məlumatına görə Baş nazir Rəcəb Təyyub Ərdoğan da mayın 13-də Bakıya gələcək. Ərdoğan bunun ardınca – mayın 16-da isə Rusiyaya gedəcək.