MTN narkotik daşıyan üç dəstəni zərərsizləşdirdiyini bildirir

Milli Təhlükəsizlik Nazirliyi (MTN) qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana narkotik daşıyan üç dəstəni zərərsizləşdirdiyini bildirir. MTN-in İctimaiyyətlə Əlaqələr Mərkəzindən «Azadlıq» radiosuna verilən məlumatda belə deyilir.

Nazirliyin yaydığı məlumata görə, bu üç dəstədən 56 kiloqrama yaxın narkotik vasitə götürülüb.

Hər üç faktla bağlı Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma maddələri ilə cinayət işləri başlanılıb.