Muxrovani qiyamının təfərrüatları bəlli olur

Gürcüstan bildirir ki, Tbilisinin yaxınlığındakı Muxrovani hərbi bazasında qısa müddətli qiyam yatırılıb.
Televiziya çıxışında Gürcüstan prezidenti Mixeil Saakaşvili deyib ki, o, qiyamçılarla şəxsən danışıq aparıb. O, qiyamı təcrid olunmuş hadisə adlandırıb.

Qiyam Daxili İşlər Nazirliyinin bəyanatından sonra başlanıb. Polis bildirirdi ki, hökuməti yıxmaq üçün hərbi bazada hazırlanmış hərbi çevriliş planının üstü açılıb.

Müdafiə Nazirliyi isə qiyamdan sonra dedi ki, qiyam çevriliş planının təşkilatçılarının həbsinə cavabdır.

Bundan sonra daxili işlər nazirliyi əvvəl dediyindən geri çəkildi və bildirdi ki, Rusiyanın dəstək verdiyi qiyamçılar, ilk növbədə Gürcüstanda NATO-nun sabah başlanacaq təlimlərini pozmaq istəyirdilər.