Pakistan talibançılarıa mübarizədə istək göstərməlidir

Pakistan talibançılar və onların müttəfiqlərilə mübarizədə istək nümayiş etdirməlidir.

Bunu Birləşmiş Ştatların Əfqanıstan və Pakistan üzrə xüsusi nümayəndəsi Riçard Holbruk deyib.

O Vaşinqtonda Əfqanıstan və Pakistan prezidentlərinin görüşü ərəfəsində deyib ki, Pakistanın dəstəyi olmadan Əfqanıstanda uğur qazanmaq mümkün deyil.

Birləşmiş Ştatlar yaraqlıların Pakistanın şimal-qərbində fəalllaşmasından narahatdır.

Pakistanın Svat vadisində hökumət qoşunlarıyla talibançılar arasında gedən döyüşlərə görə bölgədə minlərlə adam ev-eşiyini tərk etməli olub.