Obama Sergey Lavrovu qəbul edəcək

Mayın 7-də ABŞ prezidenti Barak Obamanın Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov ilə Ağ Evdə görüşü gözlənilir.

Görüş iyul sammiti ərəfəsində Rusiya və Amerika prezidentlərinin görüşünə hazırlıq məqsədi daşıyır.

Rusiya ilə Qərb ölkələri arasında münasibətlər Gürcüstanda baş verən son hadisələrə görə gərgindir.

Rusiya Gürcüstanda keçirilən NATO təlimlərinə etiraz edir. Bu həftə Rusiya həm də 2 kanadalı diplomatı NATO-nun Moskva ofisindən çıxarıb.

Bundan əvvəl isə NATO iki Rusiya diplomatı casusluqda ittiham edib.