Bakının bir neçə rayonu susuz qalıb

Su daşıyan qız, Bakı, 4 dekabr 2008

Bakının müəyyən hissəsi susuz qalıb. Buna Kür magistral su kəmərində baş verən qəza səbəb olub.

«Azərsu» Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Aqşin Rüstəmov «Azadlıq» radiosuna deyib ki, mayın 7-də Kür su kəmərində qəza baş verdiyindən paytaxtın bir neçə rayonunda su təchizatında məhdudiyyətlər yaranıb.

O, susuz qalan rayonların bir neçə olduğunu bildirib.

A.Rüstəmovun sözlərinə görə, hazırda qəzanın nəticələri aradan qaldırılır və günün sonuna qədər paytaxta su verilməsinin bərpa olunacağı gözlənilir.