Gənclər «Gül bayramı»na etiraz edəcəklər

Mayın 8-də ölkədə fəaliyyət göstərən bir sıra gənclər təşkilatları forum keçirib. Foruma ev sahibliyini Azərbaycan Demokrat Partiyasının Gənclər Təşkilatı edib. Forumda gənclərin problemləri və mayın 10-da keçirilməsi planlaşdırılan «Gül bayramı»na etiraz məsələləri müzakirə olunub. Qərara alınıb ki, sözügedən bayrama etiraz bildirilsin, ancaq bu zaman polislə hər hansı qarşıdurmaya gedilməsin.

Mayın 10-u keçmiş prezident Heydər Əliyevin ad günüdür. Son illər həmin gün Bakıda «Gül bayramı» kimi qeyd olunur.