Saakaşvili müxalifət liderləri ilə görüşəcək

Gürcüstan prezidenti Mixail Saakaşvili müxalifət liderləri ilə görüşməyə razılıq verib. Görüş mayın 11-də günorta saatlarında keçiriləcək.

Müxalifətin nümayəndəsi Tinatin Xidaşeli deyib ki, bir aydır davam edən siyasi böhranı həll etmək üçün prezidentlə danışıqlarda 4 müxalifət lideri iştirak edəcək

Saakaşvilinin müxalifətlə görüşə razılıq verməsindən əvvəl, ötən həftə Tbilisidə polislə müxalifətçilər arasında toqquşma olub.

Minlərlə adam şənbə günü paytaxtda Saakaşvilinin istefası tələbi ilə nümayişə qoşulub.