Gəncədə həvəskar velosipedçilərin yarışı keçirilib

Gəncədə ilk dəfə olaraq həvəskar velosipedçilərin yarışı keçirilib. Bu unudulmuş idman növünü Gəncədə yenidən dirçəltmək üçün belə bir marafon keçirdiklərini deyən Gəncə şəhər İdman və Gənclər İdarəsinin rəhbəri Möhsün Hüseynovun sözlərinə görə, məqsəd həm də velosipeddən istifadə etməklə şəhərin ekologiyasını qorumağın vacibliyini çatdırmaqdı:


«Gəncə kiçik şəhərdir, amma get-gedə minik maşınları çoxalır. Biz həvəskarlar arasında bu yarışmanı keçirməklə istəyirik ki, velosiped sürənlərin sayı çoxalsın və sakinlər Avropa ölkələrində olduğu kimi, maşından yox, bu minikdən istifadəyə meyl etsin».


Yarışa qoşulan 60-dan çox velosipedçinin arasında uşaqlar çoxluq təşkil etsə də, bir neçə yaşlı adamlara da rast gəlmək mümkün idi. Şəhər sakinləri isə Gəncədə velosiped idman növünün bərpasını vacib sayırlar.