Mayın 9-u saat 14:30 radələrində Qaradağ-Hacıbabul qaz kəmərinin Səngəçal-Qobustan hissəsində partlayış olub.
Məlumatlara görə, partlayış bir-birinə yaxın yerləşən üç kəmərdə yarıq əmələ gətirib. Azəriqaz ASC-nin vitse-prezidenti Nazim Səmədzadə qaz kəmərlərində partlayışın baş verdiyini təsdiqləyib.
Onun «Azadlıq» radiosuna dediyinə görə, hadisə 30 il əvvəl istismara verilən kəmərin korroziyaya uğraması nəticəsində baş verib. Cənab Səmədzadənin dediyinə görə, bir kəmərdə baş verən partlayış yaxınlıqdan keçən daha iki kəməri də yarıq açıb.
Nazim Səmədzadə deyir ki, həmin kəmərlərdən biri bərpa edilib və hazırda Bakı və bölgələrə qaz nəqlində hər hansı problem yoxdur. Hadisə yerində hələ də bərpa işləri aparılmaqdadır.
İkinci və üçüncü kəmərlərdə partlayışın nəticələrinin yaxın vaxtlarda aradan qaldırılacağı bildirilir.