«Barmek» rəsmilərin dediklərini təkzib edir

«Barmek-Azərbaycan Elektrik Şəbəkəsi» Məhdud Məsuliyyətli Cəmiyyət bəyan edib ki, Azərbaycan hökuməti nümayəndələrinin onun sərmayə öhdəliklərinə əməl etəməmsi barədə bəyanatları əsassızdır. Şirkət son 4 ildə Bakı və Sumqayıtın elektrik şəbəkələrinə 70 milyon dollara yaxın sərmayə qoyduğunu deyir.


Həftənin əvvəlində İqtisadi İnkişaf naziri Heydər Babayev bildirmişdi ki, «Barmek-Azərbaycan» ümumiyyətlə investor sayıla bilməz.