Aprelin 26-da AXCP Sabirabad rayon şöbəsinin sədr müavini Tofiq Zeynalov Sabirabad rayon Məhkəməsinin qərarı ilə 10 sutkalıq inzibati cəza alıb. O, rayon sakinlərindən birini təhqir etməkdə təqsirli bilinib.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirib ki, T. Zeynalov müxalifətin sonuncu etiraz aksiyalarında fəal iştirak etdiyi üçün cəzalandırılıb. F.Qəhrəmanlının fikrincə, onun cəzalandırılması siyasi sifarişdir.