Gözəl Bayramlının şikayəti araşdırılır

Aprelin 26-da AXCP sədrinin müavini Gözəl Bayramlı Daxili İşlər Nazirliyinin Baş Təhqiqat İdarəsinə çağırılıb.

Bu haqda AzadlıqRadiosuna məlumat verən G. Bayramlı bildirib ki, əvvəlcə onu Baş Təhqiqat İdarəsinin rəisi Möhübbət Hüseynov, sonra isə idarənin baş inspektoru Hikmət Babayev qəbul edib.

Ondan ombudsman Elmira Süleymanovanın DİN-ə göndərdiyi müraciət əsasında izahat alıblar. Aprelin 17-də keçirilən etiraz aksiyasında onun qolunu buran polisləri tanıyıb-tanımadığı haqqında soruşublar:

«Mən dedim ki, onları tanımıram, qollarımı buran polislərin şəkilləri qəzetlərdə var».

G. Bayramlı İctimai Palatanın aprelin 17-də keçirdiyi etiraz aksiyasında saxlanaraq 5 sutka azadlıqdan məhrum edilmişdi
. O, polisdə saxlanarkən Ombudsman Aparatının nümayəndələrinə vəkillə təmin olunmaması, ac-susuz saxlanması və qollarına qandal vurulması ilə bağlı şikayət etmişdi.