Vəkil aksiya iştirakçısı ilə görüşə bilmir

2 aprel aksiyası ilə əlaqədar saxlanan bitərəf Elnur İsrafilovla vəkili hələ də görüşə bilməyib.

Vəkil Yalçın İmanov AzadlıqRadiosuna bildirib ki, Səbail rayon polis idarəsində saxlanan gənclə görüş üçün müraciət etsə də, 2 gündür görüş ala bilmir.

Vəkil narahatdır ki, ona işgəncə verilə və hansısa ifadələri zorla boynuna qoya bilərlər:

«Şübhəli şəxs qismində 48 saatdan artıq saxlana bilməz, müddət atıq bitmək üzrədir. Bizdə olan məlumata görə, ona ittiham irəli sürüləcək».

E. İsrafilov aprelin 25-i günorta saatlarında saxlanıb. O, 3-cü qrup əlildir.