Mayın 1-dən Azərbaycanda turizm obyektlərinin qeydiyyatının yeni qaydaları qüvvəyə minir.
Bu barədə aprelin 27-də Mədəniyyət və Turizm Nazirliyinin turizm departamentinin rəhbəri Aydın İsmiyev deyib.
İndiyədək turizm obyektləri Vergilər Nazirliyində qeydə alınırdılarsa, bundan sonra Ədliyyə Nazirliyinin reyestrinə daxil ediləcəklər.
Nazirlik tərəfindən turizm şirkətləri və mehmanxanaların monitorinqi də davam edəcək.
Azərbaycan Turizm Assosiasiyası fevralın 28-dən etibarən Mədəniyyət və Turizm və İqtisadi İnkişaf nazirlikləri ilə birlikdə turizm şirkətlərinin fəaliyyətinin monitorinqinə başlayıb.
Bakıda lisenziyası olmayan bir sıra turizm şirkətləri aşkarlanıb.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin məlumatına əsasən, ölkədə 207 turizm şirkəti var. /Trend/