Kabil aerodromunda baş vermiş atışmada 10 adam ölüb

Son məlumata görə, Əfqanıstanda yerli pilotun Kabil aerodromundakı hərbi təlim mərkəzini atəşə tutuması nəticəsində 10 adam ölüb.

Onlardan 8-i NATO əsgəri, 1-i müqaviləylə işləyən mütəxəssis, 1-i isə pilotun özüdür.

NATO və Əfqanıstan rəsmiləri məlumatı təsdiqləyib.

Hadisəyə səbəb veteran pilotla bir qrup NATO hərbçisi arasında yaranmış mübahisə olub.