Fələstində vahid hökumət yaradılır

Fələstində rəqib Fəth və Həmas hərəkatları yaxın günlərdə vahid hökumət yaratmaq və prezident və parlament seçkilərinə hazırlıqla bağlı ilkin razılığa gəliblər.

Bu barədə Misirin MENA agentliyi xəbər verir.

Fələstin rəsmilərinin sözlərinə görə, razılaşma Misirin vasitəçiliyi ilə əldə olunub.
Əlavə detallar barədə məlumat verilmir.

Hazırda Qəzzə bölməsi Həmasın, İordan çayının qərb sahili isə Fəth hərəkatının nəzarətindədir.