Azərbaycan və Ukrayna prezidentlərinin təkbətək görüşü keçirilib

Aprelin 28-də Ukrayna prezidenti Viktor Yanukoviçlə Azərbaycan prezidenti İlham Əliyev arasında təkbətək görüş olub.

Görüşdə ölkələr arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafdan danışılıb.

Prezidentlər ölkələr arasında siyasi, iqtisadi, energetika, humanitar və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu bildiriblər.

Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparıldı. /AzərTAc/