Terrorda ölənlərin sayı 16-ya çatıb

Mərakeşdə dünən baş vermiş terror aktı nəticəsində yaralanan adamlardan 2 nəfəri ölüb. Bununla da terror aktında ölənlərin sayı 16-ya çatıb. Onlardan 11-i əcnəbilərdir. Ümumilikdə 20 nəfər yaralıdır.

Polisin verdiyi məlumata görə, partlayış dünən şəhər mərkəzindəki kafelərdən birində baş vermişdi.