Ey bizi mədh qılan Hadiyi-dövran əxəvi!
Bu nə zəhmətdir, əya mənbəyi-ürfan əxəvi!
Seyyidi eyləmisən mədhi-firavan, əxəvi,
Şad səndən olacaqdır şəhi-Mərdan, əxəvi!
Çəkdi ol gün ki, Hüseyn Kərbübəlayə ləşkər,
Qaldı ol ərsədə tənha o şəhi-təşnəcigər,
Sən əgər olsa idin orda, əya paksiyər
Canım eylər idin ol şəhə qurban, əxəvi!
Çatmayıb çün əlin ol feyzə, əya xoştiynət,
İndi övladına bəsdir ki, edirsən hörmət,
Cəddimiz şad olacaq olsa sizin tək ümmət,
Mərhəba, namxuda, sahibi-iyman əxəvi!
Məni əfv eylə ki, öz cürmümə iqrar etdim,
Anladım səhvimi, iqrarımı inkar etdim,
Sənə baş çapma dedim, tövbə-stiğfar etdim.
Keç bu təqsirdən, ey mənbəyi-ehsan əxəvi!
Ülasan eşqdə divanə, məhəbbətdəndir.
Çapasan başını mərdanə, məhəbbətdəndir,
Tökəsən qanını meydanə, məhəbbətdəndir,
Olmuşam eylədiyim zəmmə peşiman, əxəvi!
Leyk gəl indi biz əyri oturaq, düz danışaq,
Elə bil küslü idik, gəl təzədən bir barışaq,
Şərdə var isə baş çapmaq biz də qarışaq,
Bir görək varmı buna höccətü bürhan, əxəvi?
Belə fitvanı görək verdi bizə hansı imam?
Ya ki, onlar özü də etdi bu əmrə iqdam?
Bədənin zəhməti gər şərdə olmazsa həram,
Biz də başlar çapıban cari edək qan, əxəvi!
Gərək əvvəl çapa, başlarını fövci-üləma,
Çünki onlardı bu işlərdə rəisül-füqəra,
Sonradan baş çapalar xan, əmirül-üməra,
Nə ki hər bisərü pa, lutiyi-meydan, əxəvi!
Heç eşitdinmi çapıb başın imami-Cəfər?
Ya ki Musiyyü Riza, Əskəriyi-xəstəcigər,
Bizdən onlar məgər öz cəddini az istərlər?
Niyə bəs vermədilər bu işə fərman, əxəvi?
Bu yəqinimdir əgər olsa özü zində imam,
Hökm edər: çapma başın, nəhydi bu feli-həram.
Yenə hər il çapacaq başını bu qövmi-əvam,
Demə kim, tərki-təbiət ola asan, əxəvi!
Qudyal əhli bu işə rağib olur bizdən çox,
Baş çapıb, qıfl taxıb, cismə keçirdərlər ox.
Nə məzəmmət eləyim, onlara bir töhmət yox;
Göz açıb böylə görüb, adət edib can, əxəvi!
Doğrudur, baş çapırıq biz dəxi cəmiyyət ilə,
Bunu lazımdır həlal eyləməyə hüccət ilə,
Nə olur bir göz açıb baxmaq işə ibrət ilə,
Bəlkə yoldan çıxarıbdır bizi şeytan, əxəvi!
Ey Həsənbəy ki, gəlib ləbimə mərdanə bu söz,
Bilirəm ki, dəyəcək Hadiyi-kaptana bu söz,
Çap qıl, ta dağıla səfheyi-dovranə bu söz,
Qoy məni həcv eləsin həzrəti-kaptan, əxəvi!
Ey bu nadanlar əlindən yetişən canə Həsən,
Səbr qıl təneyi-hər cahilü nadanə,
Həsən, Sən də Seyyid kimi ver pəndi-həkimanə, Həsən,
Bəlkə bir söz qana bu zümreyi-nadan, əxəvi!