Seyid Əzim Şirvani. SALYANLI AXUND MOLLA MƏHƏMMƏDHƏSƏN HAQQINDA

Gördüm yuxuda şəhi-bəlanı,
Məzlumi-diyari-Kərbəlanı.
Qəmgin idi, zar, əşk-rizan,
Giryan eləyirdi masivanı.
Öpdüm ayağın təzərrə etdim –
Key, möhnəti ağladan səmanı!
Bais nədi göz yaşın rəvandır?
Şərh eylə mənə bu macəranı.
Bir ah çəkib buyurdu ol şəh;
Gör dəhrdə çəkdiyim cəfanı.
Yetmiş iki tən şəhid olduq,
Çəkdik ələmü qəmü bəlanı.
Bunlar hamı səhldir və lakin,
İncitdi məni, görün, filani,
Bir mərsiyəxani-hərzə-göftar,
Minbərdə ipə düzür yalanı.
Ta ağlada bir neçə əvamı,
Bağlar bizə hərdəm iftiranı.
Sordum ki, o kimdir, ey mükərrəm?
Ver bircə nişan o qəltəbanı.
Bir ah çəkib dedi o sərvər:
Salyanın o zişt rövzəxanı.
O1 Molla Məhəmmədi-Həsən kim,
Satdı pula din ilə imanı.