İlham Əliyev kraliçanı nəvəsinin toyu münasibətilə təbrik edib

Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası II Elizabetə nəvəsinin toyu münasibətilə təbrik göndərib.

Şahzadə William bu gün evlənib. Bununla bağlı ölkə boyu şənliklər keçirilir. Mərasimi televiziyalar da canlı yayırlar.

Mərasimə iki minə yaxın qonaq qatılıb. Rəsmilər Londonun küçələrində 600 min nəfərin şənliklərdə iştitak etdiyini bildirirlər.