Nemətullah Kişvəri. Səndən ayru yüz ğəmü dərdü məlamətdir mana

Səndən ayru yüz ğəmü dərdü məlamətdir mana,
Nə xoşam, nə naxoşam, bilməm nə halətdir mana.

Hicrimə qatlan deyincə, tiği çək öldür məni,
Həq rizasıçün ki, bu eyni-ədalətdyr mana.

Mylki-həsti içrə nə hasil mana bazari-gərm,
İmdi kim, kuyi-ədəm sarı həvalətdir mana.

Eşqdən keç der mana idraksız zahid, vəli
Bilməz anı kim, bu bir eybi-cəhalədtr mana.

Yar göndərmiş bitik kim, Kişvərini öldürün,
Xoşdiləm kim, bir nişani-istimalətdür mana.