Müxalifət Qəddafinin atəşkəs təklifini rədd edib

Liviya müxalifəti ölkə lideri Müəmmər Qəddafinin atəşkəs təklifini rədd edib.

Onlar "kompromis dövrünün keçdiyini" deyiblər.

Aprelin 30-da dövlət televiziyası ilə çıxışında Qəddafi NATO-nun Liviyadakı hədəfləri vurnasına son qoyulması üçün alyansla danışıqlara hazır olduğunu dilə gətirib.

Üsyançıların nümayəndəsi deyib ki, Qəddafiyə inam itib, o, əvvəllər atəşkəs etsə də, onu pozub.