Məhkəmə Müsavat Partiyasının şikayətini təmin etmədi

Bakı Apellyasiya Məhkəməsi Müsavat Partiyasının axtarış aparılması ilə bağlı şikayətini təmin etməyib.

Bu barədə AzadlıqRadiosuna vəkil Yalçın İmanov məlumat verib.

Qərar hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qəbul olunub.

Aprelin 26-da Səbail Məhkəməsinin qərarına əsasən Müsavat Partiyasının qərargahında axtarış aparılıb və İctimai Palataya məxsus sənədlər götürülüb.

Bu qərardan aprelin 28-də apellyasiya şikayəti verilmişdi.