1. Təcili satılır! Çox ucuz!!! Qızımın təhsil haqqını ödəmək üçün böyrəyimin birini satıram. Çox ağır yüklər götürsəm də heç vaxt ağrımayıb, daşı, duzu yoxdur, altına su buraxmır, arağı və pivəni yaxşı süzür. Qiymətini danışıq yolu ilə razılaşmaq olar.
2. Təkcə balamı əsgərlikdən saxlatdırmaq üçün qara ciyərimi və ürəyimi satıram. Dul qadınam, spirtli içki qəbul etmədiyimə görə ciyərim sağlamdı. Birotaqlı ürəyimi ikiotaqlıya düzəltdirmişəm. Divarlarında çat olmağına baxmayaraq çox dözümlüdü. Qanı vaxtında gəlir, beşinci mərtəbəyə nasosla vurulur. Lifti yoxdu.
3. Balalarımı dolandırmaq bəhanəsini əldə əsas tutaraq şair dostumu satıram. Şəndir, etibarlıdır, gözəl şerlər yazır, ali təhsillidir, vətənpərvərdir. Siqaret çəkir, əlinə pul düşəndə araq da içir. Evlidir, iki uşağı var. İstənilən vaxt qanını batırmaq olar, arxasızdır.
4. Özünü yandırma intiharımı özünü asma intiharına dəyişirəm. Üstündə bir butulka azpetrol benzini, bir qutu kibrit verirəm. Xəstəxanada yüz faizli ölüm zəmanəti verilir.
5. Tikilməmiş binadakı mənzil növbəmi ölkədən bezib qaçmağa dəyişirəm. Qaçmaq yeri kimi Rusiyanın istənilən şəhərlərindən birini təklif edə bilərsiniz. Yolpulum sizin üzərinizə düşür.
Borc-xərc eləyib mənzilin pulunu əvvəlcədən ödəmişəm. Eyni mənzilə pul ödəyənlərin arasında 23-cü yerdəyəm. Suyu, qazı, işığı vaxtında veriləsinədi. Binanın tikiləcək yerini təxminən bilirəm, əraziyə gətirilmiş armaturları görən olub.
6. Rejimə etiraz mitinqlərinə çıxmaq həvəsimi döyülüb türməyə düşmək qorxusuna dəyişirəm. 1 illik sakit oturub dözmək sertifikatı var. Üstündə ərəb inqilablarına azarkeşlik eləmək şakəri təklif olunur.
7. 20 milyon manatlıq atəşfəşanlığı 5 milyon manata satıram. Xeyli işlənsə də yaxşı formadadı, göydə rəngarəng işıqlar yaradıb arsız sakinləri hələ də bulvara toplaya bilir. Əməliyyat dövlət büdcəsinin talanmasıyla həyata keçirilir.
8. Polis bölmələri üçün bir cüt üzəduran satılır. Kişiyə yaraşmayan geniş həyasızlığa və dözülməz vicdansızlığa malikdirlər. Xüsusi hazırlıq keçiblər, bellərində icbari işləri və üçillik işvermə təcrübələri var.
9. Kolbasa sexləri və dönərçilər üçün mal leşi satıram. Halal kolbasalara və sosislərə rahat gedir. Qiyməti razılaşma yolu ilə.
10. Hamam, sauna və masaj salonlarında müxtəlif infeksion xəstəliklər satmaq üçün gözəl xanımlar tələb olunur. Xahiş edirik intim təklif etməyəsiniz.
11. Bir kiloqramda yarım kilo aldadan bazar tərəzilərinin topdan və pərakəndə satışı! Müxtəlif formada olan belə tərəziləri ölkənin bütün bazar və satış məntəqələrində əldə edə bilərsiniz.
12. Vicdanımı işlənmiş xarici maşına dəyişirəm. Normal maaşlı iş yeri ilə də razılaşa bilərik. Sövdələşmədən sonra vicdanı geri qaytarmaq qeyri mümkündür. Satılan mallar geri qaytarılmır.
13. Tələbə qırğınını gül bayramı ilə dəyişirəm. Güllər əsasən dövlət büdcəsinin hesabına Avropa ölkələrindən gətirilir, göyə sovrulan milyonların müqabilində hər yan bir günlük al-əlvan olur. Arzu edənlər hər il may ayının 10-unda Respublika sarayının qarşısına, yaxud dəniz kənarı parka gələ bilər.
14. Gələcək karyeranızı qurun! Yaltaqlıq kurslarına yeni dəstə yığılır. Yaş məhdudiyyəti yoxdur, ağsaqqal demirik, qarasaqqal demirik, ağbirçək demirik - hamını qəbul edirik. Kurslarda yüksək təcrübəli pedoqoqlar tərəfindən girmək, tərifləmək, əyilmək və yaltaqlanmaq elmləri tədris olunur. Məzunlara istədiyi telekanalda çıxış etmək imkanı yaradılır.
15. Deputatların nəzərinə! Hakimiyyətə yaltaqlanmaq məqsədi ilə çıxış etmək üçün müxtəlif mövzulu mətnlər satılır. Mətnlər əsasən müxalifəti söyüb təhqir edən və ölkədəki iqtisadi inkişafdan qeyri-müəyyən formada söz açan cümlələrlə bəzədilib. Üzündən asan oxunması üçün mətnlər iri hərflərlə yığılıb.
Di, bazar olsun!!!