Obama Sabirinin azad edilməsini alqışlayıb

Ağ Evin verdiyi məlumata görə ABŞ prezidenti Barak Obama İran əsilli Amerika jurnalisti Roksana Sabirinin azadlığa buraxılmasından razı qalıb. Ağ Ev sözçüsü Robert Gibbs deyib ki, İran İslam Respublikası 32 yaşlı jurnalisti azad etməklə humanist addım atıb.

8 il azadlıqdan məhrum edilmiş amerikalı jurnalist Roksana Saberi mayın 11-də azadlığa buraxılıb. Jurnalistə qarşı əvvəlki hökm ləğv edib və jurnalistə iki il şərti cəza kəsib. Sabiri ABŞ kəşfiyyatına işləməkdə ittiham olunurdu