ABŞ İnsan Haqları Şurasına üzv seçilib

Mayın 12-də BMT-nin Baş Assambleyasının İnsan Haqları Şurasına 18 yeni üzv seçilib. Yeni üzvlər 3 illik müddətə seçilib və iyun ayından fəaliyyətə başlayacaqlar. İlk dəfə olaraq ABŞ-da bu Şuraya seçilib. Ona BMT-nin 167 üzv dövləti səs verib. Qərbi Avropa və digər dövlətlər qrupundan 3 namizəd irəli sürülmüşdü. Norveç, Belçika və ABŞ. Hər 3 ölkə də İnsan Haqları Şurasına seçilib.

İnsan Haqları Şurası BMT-nin insan haqlarına dair siyasi qurumudur. Ora BMT üzvü olan 47 dövlət seçilir. Həmin dövlətlər insan haqlarının vəziyyətini ən yüksək səviyyədə saxlamalı və bu dəyərlərin yayılmasına çalışmalıdır.